25 sentyabr 2012 17:44
Neftçi futbolçularını cəzalandırdı
Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” oyunundakı məğlubiyyətə görə məşqçilər korpusunun fikirləri dinlənilib və bununla bağlı hesabat alınıb.
Bundan başqa işinə etinasız yanaşan bəzi futbolçular cəzalandırılıb. Lakin klubun rəsmi saytı cəzalanan futbolçuların adlarını, həmçinin cəzanın nədən ibarət olmasını açıqlamayıb.
