25 sentyabr 2012 18:15
Sumqayıt Neftçi ilə oyundan sonra istirahət etmədi
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" Futbol Klubu "Bakı" ilə oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, səhər məşqində tam heyətlə hazırlaşan komandanın heyətində zədəli futbolçu yoxdu.
Yalnız Taner Taktak fərdi məşqlərlə kifayətlənib. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. "Sumqayıt" FK-da sabah istirahət günü olacaq.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək.
