27 sentyabr 2012 00:02
Millimizin forvardı oynamadı, komandası qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 30-cu turu çərçivəsində “Ventspils” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də liyepayalılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. Onlar bu istəklərinə minimal hesablı qələbə ilə çatıblar. Oyundakı yeganə qolu "İnter"in sabiq forvardı G.Karlson vurub.
Son oyunlarda bir qədər az forma geyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, həmyerlimiz bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, hazırda Liyepaya klubu 29 oyundan sonra 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var. “Ventspils” isə 58 xalla 3-cü yerdə gedir.
Latviya çempionatı
30-cu tur
26 sentyabr
Metallurg - Ventspils - 1:0
