26 sentyabr 2012 21:55
Braziliya sevindi, Almaniya son anda xilas oldu (YENİLƏNİB)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda 16 ölkə yığması mübarizə aparır. Bu gün C və D qrupu çərçivəsində növbəti oyunlar keçirilib.
C qrupu çərçivəsində Meksika ilk oyununda 5 cavabsız qolla uduzmuş Braziliyanı sınağa çəkib. Braziliyalılar bu görüşdə minimal hesablı qələbəyə seviniblər. Yaponiya isə Braziliyaya yaşatdığı aqibəti Yeni Zelandiyaya yaşatmağa çalışıb. Onlar bu dəfə 3 cavabsız qolla qalib gəliblər.
D qrupunda isə öncə ilk turun məğlubları – Uruqvayla Qana üz-üzə gəlib. Qanalılar 5 cavabsız qola seviniblər. Çin isə Almaniya ilə dueldə qələbəni son anda əldən verib.
DÇ-2012
Qrup mərhələsi
26 sentyabr
MEKSİKA – BRAZİLİYA - 0:1 (0:0)
Qol: Byanka, 82.
Bakı. 8-ci km stadionu.
Hakim: Katerina Monzul (Ukrayna).
URUQVAY – QANA - 0:5 (0:3)
Qollar: Ayieyam, 8, Okyre, 24; 79, Ahialey, 45, Alhassan, 78.
Bakı. Bayıl stadionu.
Hakim: Hyanq Ok Ri (KXDR).
YENİ ZELANDİYA - YAPONİYA - 0:3 (0:0)
Qollar: Haseqava, 61; 80, Şumida, 90+3.
Bakı. 8-ci km stadionu.
Hakim: Kardella Samuels (Yamayka).
ÇİN – ALMANİYA - 1:1 (1:0)
Qollar: Miao, 13 - Kisslinq, 90+4.
Bakı. Bayıl stadionu.
Hakim: Aissata Ameqe (Toqo).
