26 sentyabr 2012 00:08
Cem Fələk Azərbaycana Barcelona üzərində qələbə qazandırdı
İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Barselona” klubunun bazasında keçirilmiş oyun 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. İspaniya təmsilçisinin qapısından topu Cem Fələk keçirib.
