25 sentyabr 2012 11:18

Əfran İsmayılov: Qurban Qurbanov həmişə düzünü deyir

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 6-cı turunun “Turan”la oyunundan və komandasının çıxışından danışıb.
 
- Tovuzdakı qələbə komandanız üçün çox çətin başa gəldi...
- Orda oynamaq həmişə çətin olub. Bizim üçün isə bu oyunda ikiqat çətin idi. Əvvəla “Turan” bu mövsüm daha yaxşı oynamağa başlayıb. Onlar bizdən öncə səfərdə “Bakı” ilə xalları yarı bölmüşdülər. Biz isə AZAL məğlubiyyətindən sonra güclü təzyiq altında idik. Yaxşı ki, tovuzluları məğlub edə bildik. Düzdü minimal hesabla olsa da, bunun elə də böyük əhəmiyyəti yoxdu.
 
- Növbəti turda sizi liderlə - “Simurq”la oyun gözləyir...
- Bu komanda mövsümün sürprizidi. Onlar əksər favoritlərdən daha yaxşı başlayıblar. Zaqatalalılar yüksəlişdədilər. Amma biz onları məğlub etməyə borcluyuq. Əvvəlki ritmə düşmək üçün başqa yolumuz yoxdu. Hər bir komandanın çətin dövrləri olur. İndi vəziyyətdən çıxış yolu tapmaq istəyirik.
 
- AZAL-la oyunu son illərin ən uğursuz matçı saymaq olar?
- Başqa oyunçuların adından danışa bilmərəm. Amma şəxsən mən belə məğlubiyyətə üzülməmişdim. Komandaya nə olduğunu anlamırdım. Bizdə heç nə alınmırdı.

- Qurban Qurbanovun oyundan sonra istefa açıqlaması sizi narahat etmədi?
- Əlbəttə, narahat etdi. Axı biz bu məşqçi ilə xeyli uğurlara nail olmuşuq. İndi isə bu yolla davam etmək istəyirik. Əgər kimsə bizimlə Qurbanovdan daha yaxşı çalışacağını düşünürsə, yanılır. Biz baş məşqçimizin qalmasını istəyirik.

- Amma mətbuatda belə bir məlumat var idi ki, futbolçular onun rəhbərliyi altında oynamaq istəmirlər...
- Bu, düz deyil. Komandamızda belə bir şey ola bilməz.

- Qışda “Qarabağ”da yeniliklər gözlənilir...
- Mən həmişə demişəm ki, komandanı gücləndirmək lazımdı. Buna rəhbərlik və baş məşqçi qərar verir. Əgər Qurbanov özü də komandada dəyişiklik etmək lazım olduğunu deyirsə, deməli, lazımdı. O, “Qarabağ”a nə lazım olduğunu hamıdan yaxşı bilir.
 
- O, sizin oyununuzdan da narazıdı...
- Mən baş məqşçinin sözlərini şərh etməyi xoşlamıram. Sadəcə onu deyə bilərəm ki, Qurbanov həmişə düzünü deyir.
 
- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə çıxması digər klublarımızın da hədəflərində dəyişikliklərə səbəb olacaq. Artıq bundan sonra sadəcə avrokuboklara vəsiqə qazanmaqla iş bitməyəcək...
- “Neftçi” bizim qürurumuzdu. Onlar tarix yazdılar. Şadam ki, qrup mərhələsində də “Partizan”dan xal aldılar. İndi qrup mərhələsi barədə təkcə “Qarabağ” yox, bütün klublarımız düşünməlidilər. Təsnifat mərhələsində çıxış etmək uğur sayılmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.