25 sentyabr 2012 11:48
AFFA azarkeşləri Lənkərana çağırır
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qrup mərhələsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün nigeriyalı həmyaşıdları ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu oyunla əlaqədar AFFA azarkeşlərə müraciət ünvanlayıb.
Belə ki, futbol qrumuzu azarkeşləri yığmamızı dəstəkləməyə səsləyib. Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
