25 sentyabr 2012 00:03
Dünya çempionatının püşkü atıldı
İsveçrənin Sürix şəhərində futbol üzrə klublarası dünya çempionatının püşkü atılıb. Azerisport.az xəbər verir ki, Yaponiyada keçiriləcək mundiala 7 komanda qatılacaq.
Çempionat dekabrın 6-da Yokohama şəhərində Yeni Zelandiyanın “Auckland City” komandası və Yaponiya çempionatının qalibi arasında keçiriləcək pley-off matçı ilə start götürəcək. Qalib dekabrın 9-da Afrika Çempionlar Liqasının qalibi ilə 1/4 final matçında üz-üzə gələcək. Digər 1/4 final oyununda isə Asiya Çempionlar Liqasının qalibi Meksika “Monterrey”ini sınağa çəkəcək.
Məğlub komandalar dekabrın 12-də 5-ci yer uğrunda oyuna çıxacaqlar. Qaliblər isə yarımfinalda müvafiq olaraq, Braziliyanın “Corinthians” və İngiltərənin “Chelsea” klubları önünə çıxacaqlar. Bu görüşlər isə 12-13 dekabrda keçiriləcək.
Dekabrın 16-da 3-cü yer uğrunda və final matçları olacaq.
