25 sentyabr 2012 12:17
Mövsümün ikinci avtoqolu
Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – “Neftçi” oyunu mövsümün 2-ci avtoqolu ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Xəyal Mustafayev “Neftçi” ilə oyunda öz qapısına qol vurub.
Bunadək “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli uğursuzluq yaşamışdı. O, “İnter”lə oyunda avtoqol müəllifi olmuşdu.
Xəyal isə Azərbaycan çempionatları tarixində “Neftçi”ilə oyunda avtoqol edən 13-cü futbolçu oldu. Bakılılar indiyədək hamıdan çox – 13 dəfə rəqiblərin avtoqoluna sevinib.
“Neftçi”nin rəqiblərinin avtoqolları:

|
12.07.1992
|
Faiq Məmmədov
|
Neftçi - Kür
|
|
10.04.1993
|
Ramiz Abışov
|
Ümid - Neftçi
|
|
12.06.1996
|
Zöhrab Qədiyev
|
Neftçi - Kür-Nur (neytral meydanda)
|
|
27.09.1997
|
Səməd Nəbiyev
|
Neftçi – Dinamo
|
|
14.11.1999
|
Səttar Əliyev
|
Neftçi – Qarabağ
|
|
04.11.2000
|
Elxan Müslümov
|
Qarabağ – Neftçi
|
|
30.11.2003
|
Elnur Abbasov
|
Ədliyyə - Neftçi
|
|
27.09.2003
|
Ramin Əliyev
|
Turan – Neftçi
|
|
30.03.2008
|
Rafael Əmirbəyov
|
Neftçi – Bakı
|
|
01.05.2011
|
Ritus Krjauklis
|
AZAL – Neftçi
|
|
25.10.2011
|
Murad Hüseynov
|
Neftçi – Qarabağ
|
|
11.12.2011
|
Nuqzar Kvirtiya
|
Neftçi – AZAL
|
|
24.09.2012
|
Xəyal Mustafayev
|
Sumqayıt - Neftçi
|