25 sentyabr 2012 12:22
Ramiz Məmmədov yenidən Qəbələdə!
“Qəbələ”nin yeni baş məşqçisinin adı dəqiqləşib. Azerisport.az xəbər verir ki, bundan sonra komandaya yenə Ramiz Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, 6-cı turun ötən gün baş tutan “Rəvan”la ev oyunundakı məğlubiyyətdən (1:3) sonra “Qəbələ” rəhbərliyi Fatih Kavlakı istefaya göndərdi. Türkiyəli mütəxəssisin məhz Ramiz Məmmədovla əvəzlənəcəyi gözlənilirdi ki, belə də olub.
Amma Məmmədovun bu posta müvəqqəti gətirildiyi bildirilir. Hər halda bu məsələ də yaxın gələcəkdə tam dəqiqləşəcək.
Xatırladaq ki, Ramiz Məmmədov 2006-2010-cu illərdə də “Qəbələ”ni çalışdırmışdı.
