25 sentyabr 2012 12:31
Ramiz Məmmədov: Mühüm dəyişikliklər olacaq
“Qəbələ”nin müvəqqəti baş məşqçisi təyin olunan Ramiz Məmmədov keçmiş klubuna qayıdışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəhbərlik bildirdi ki, bu posta məni qaytarmaq istəyirlər. İmtina edə bilməzdim. Çünki mən həmişə bu komandaya azarkeşlik etmişəm, ürəyim “Qəbələ”nin yanında olub. Qələbələrinə sevinmişəm, məğlubiyyətlərinə üzülmüşəm. Ötən gün keçirilən “Rəvan”la oyun da uğursuz alındı. Mənə elə gəlir ki, bundan sonra “Qəbələ”də hər şey tam fərqli olacaq. Komandada mühüm dəyişikliklər olacaq. Amma konkret nə kimi dəyişikliklər etmək lazım olduğunu müəyyənləşdirmək üçün mənə də vaxt lazımdı. “Qəbələ”nin hədəfləri əvvəlki kimi yüksəkdi. Düşünməyin ki, ötən gün qeydə alınan məğlubiyyət yenə təkrarlanacaq. Komandamız “Rəvan”la bundan sonra 10 oyun keçirər, heç birində uduzmaz. İndi son oyunda buraxılan səhvlərin təkrarlanmaması üçün çalışmaq lazımdı”.

Qeyd edək ki, 6-cı turun “Rəvan”la ev oyunundakı məğlubiyyətdən (1:3) sonra “Qəbələ” rəhbərliyi Fatih Kavlakı istefaya göndərdi.