26 sentyabr 2012 00:56
Azərbaycan ev sahibi olduğu turnirlə erkən vidalaşdı
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında iki komandanın pley-off mərhələsinə çıxa bilməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, bunlardan biri Qambiya, digəri isə turnirə ev sahibliyi edən Azərbaycan millisidi.
B qrupunda yer alan Qambiya ilk oyununda KXDR tərəfindən 11:0 hesabıyla məğlub edilmişdi. İkinci turda isə ABŞ-a 0:6 hesablı yenilgi bu komandanın pley-off çıxmayacağını dəqiqləşdirib. Yəni bu komanda üçün son turun Fransa ilə oyunu formal xarakter daşıyacaq.
Yığmamız isə ilk turda Kolumbiyaya 0:4, ötən gün də Nigeriyaya 0:11 hesablarıyla uduzub. Bu üzdən də son turun Kanada ilə görüşü Sissi Raytın yetirmələri üçün formal xarakter daşıyacaq.
