26 sentyabr 2012 13:25
“Bunlar Milan İnteri ilə oyunda Neftçinin qələbəsinə şərait yaradacaq”
“Bakının “Neftçi” futbol klubunun Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdu. Bu, Azərbaycanda futbolun inkişafından xəbər verir”.
Azerisport.az xəbər verir ki, bu sözləri Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) prezidenti Canni Merlo deyib. “Neftçi”nin Serbiyada yerli “Partizan” komandasına qarşı keçirdiyi oyunu yüksək qiymətləndirən AİPS prezidenti, Bakı klubunun güclü futbolçulardan təşkil olunduğunu diqqətə çatdırıb:
“Əzmkar oyun nümayiş etdirən “Neftçi” növbəti sınağına doğma meydanda çıxacaq. Rəqibin İtaliyanın “İnter” komandası olmasına baxmayaraq “Neftçi”nin şanslarını yüksək qiymətləndirirəm. “İnter”in heyətindəki qarışıqlıq, baş məşqçi dəyişkənliyi və zədəli futbolçuların olması “Neftçi”nin qələbəsinə şərait yaradacaq”. (AzərTAc)