26 sentyabr 2012 13:17
Beşiktaşda zəhərlənmə şoku
Türkiyə kubokunda “Nigde Belediyyespor”u 2:1 hesabı ilə məğlub edərkən “Beşiktaş”ın çətinlik çəkməsinin səbəbləri ortaya çıxıb. Azerisport.az xəbər verir ki, Niğdəyə gedərkən yolüstü istirahət mərkəzlərinin birində yemək yeyən “ağ-qaralar” yeməklərdən zəhərlənib. Bir çox futbolçuya tibbi yardım göstərildikdən sonra meydana çıxmalarına icazə verilib.
Qeyd edək ki, dünən keçirilən qarşılaşmanın 1-ci dəqiqəsində Kadirin vurduğu qolla irəli keçən “Beşiktaş”a 55-ci dəqiqədə Roberto Hilbert avtoqoluna şahidlik edib. 63-cü dəqiqədə Ersan Ademin vurduğu qolla hesabda irəli keçən “Qara Qartallar” qələbə hesabını qorumağı bacarıb.
