26 sentyabr 2012 01:25
Beşiktaşdan çətin kubok zəfəri
Futbol üzrə Türkiyə kubokunda ikinci mərhələnin bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Nigde Belediyyespor"un qonağı olub.
Görüş "qara qartal"ın çətin qələbəsi ilə başa çatıb. Super Liqa təmsilçisi aşağı liqadan olan klubu çətinliklə üstələyə bilibi. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Beşiktaş" ikinci hissədə daha bir qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Türkiyə kuboku
İkinci mərhələ
25 sentyabr
Nigde Belediyyespor - Beşiktaş - 1:2
Qollar: Hilbert, 55-öz qapısına – K.Arı, 1, E.Gülüm, 63.
