26 sentyabr 2012 13:35
İnter Neftçi ilə oyuna hazırlaşır
AZAL-a qarşı keçirilən qarşılaşmadan sonra “İnter” ayın 24-də bir araya gələrək “Şəfa” stadionunda bərpa xarakteri daşıyan məşq keçib. Azerisport.az xəbər verir ki, dünəndən etibarən "bankirlər" Premyer Liqanın 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyunun hazırlıqlarına başlayıblar.
Komanda son məşqinə "Şəfa" stadionunda çıxıb. Bu gün "İnter" yenə bir dəfə məşq edəcək.
Qeyd edək ki, “İnter” - “Neftçi” matçı sentyabrın 28-də keçiriləcək.
