26 sentyabr 2012 14:07
İsrail yığmasının futbolçusu: Azərbaycanla oyundakı uğursuzluğa görə ruhdan düşmək lazım deyil
Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Almoq Koen DÇ-2014-ün seçmə mərhələsində uğur qazanacaqlarına əmindi. Azerisport.az xəbər verir ki, o, Bakıda yığmamızla heç-heçədən (1:1) və evdə Rusiyaya məğlubiyyətdən sonra ruhdan düşmədiklərini bildirib:
“Şübhəsiz ki, bizim çox çətin qrupumuz var. Rusiya və Portuqaliya qrupun favoritləridi. Amma bu mübarizəyə biz də qarışmaq istəyirik. Bizim hədəfimiz Braziliyada keçiriləcək dünya çempionatına yollanmaqdı. Lakin başa düşürük ki, buna nail olmaq çox çətin olacaq. Azərbaycan və Rusiya ilə oyunlardakı uğursuzluğa görə ruhdan düşmək lazım deyil”.