26 sentyabr 2012 14:39
Böyükağa Hacıyev Moskvaya müayinəyə gedir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yenidən Rusiyanın paytaxtı Moskvaya yollanacaq. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl bu şəhərdə əməliyyat olunan çalışdırıcı bu dəfə müayinədən keçəcək.
Səfər qarşıdakı aylara təsadüf edəcək. Hazırda isə Hacıyev özünü yaxşı hiss edir və komandaya başçılıq edir. Xatırladaq ki, əməliyyat olunduğu dövrdə “ağ-qaralar”ın çalışdırıcısı xeyli müddət komandasından ayrı qaldı.
