26 sentyabr 2012 15:24
Yığmamızın kapitanı: Biz sona qədər vuruşduq
Futbol üzrə 17 yaşadək futbolçulardan ibarət yığmamızın kapitanı Əminə Heydərova ölkəmizdə keçirilən qızlar arasında dünya çempionatının ikinci turu çərçivəsində Nigeriyaya 0:11 hesablı yenilgi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandamızın lideri bunları dilə gətirib:
“Biz mundialda öncə Kolumbiya, ardından isə Nigeriya ilə qarşılaşdıq. Bu rəqiblərimiz arasında böyük fərq var idi. Nigeriya daha güclü komandadı. Amma biz hər iki oyunda sona qədər vuruşduq”.
“Biz mundialda öncə Kolumbiya, ardından isə Nigeriya ilə qarşılaşdıq. Bu rəqiblərimiz arasında böyük fərq var idi. Nigeriya daha güclü komandadı. Amma biz hər iki oyunda sona qədər vuruşduq”.
Heydərova mundial öncəsi latviyalı həmyaşıdlarına qarşı keçirdikləri oyunları xatırlayıb: “Biz onlarla iki oyun keçirdik. Bu, bizim DÇ-yə son hazırlıqlarımız idi. Həmin oyunlardakı qələbələrdən sonra baş məşqçimiz Sissi Raytın sevincini görmək çox xoş idi. Mən bunu heç vaxt unutmayacağam. Baş məşqçimiz hətta məğlubiyyətlərdən sonra da bizi çox dəstəkləyir. Bizə ürək-dirək verir, yeni ümidlər yaradır. Biz Sissi Raytla çalışdığımız üçün qürur duyuruq. Onun qadın futbolunda böyük təcrübəsi var”.
O, kapitan kimi daşıdığı məsuliyyətdən də danışıb: “Mənim əsas vəzifələrimdən biri komandanı dəstəkləməkdi, oyunlara çıxarmaqdı. Həmişə uşaqlardan xahiş edirəm ki, ruhdan düşməsinlər. Axı biz yeni komandayıq. Bizi qarşıda böyük yol gözləyir. Zamanla daha təcrübəli olacağıq”.
