26 sentyabr 2012 15:52

“Simurq hələ uzun müddət lider olacaq”

“Simurq”un müdafiəçisi Dilaver Zrnanoviç azerisport.az saytına müsahibəsində komandasının çıxışından, eləcə də Premyer Liqamızdan danışıb.
 
- “Simurq”un yeni mövsümdəki çıxışı kifayət qədər gözlənilməz hesab olunmaqdadı. Siz bu barədə nə danışırsız?
- Həqiqətən də bu, çoxları üçün sürpriz təsir bağışlayır. Mövsüm öncəsində biz qarşımıza ilk altılığa düşmək hədəfini qoymuşuq. İlk turdan etibarən yaxşı oynamağa və xal toplamağa başladıq. Mən komandada yeniyəm və rəqiblərimizi tanımırdım. İndi isə bildiklərim daha çoxdu.
 
- Yəqin favoritlərin mövsümə o qədər yaxşı başlamamasını da hiss etmisiz...
- Futbol elə oyundu ki, bir çox komandada müəyyən dövrlərdə böhran ola bilir. Amma rəqiblərimizin düşərgəsində baş verənlər bizi o qədər də maraqlandırmamalıdı. Biz öz xallarımızı toplayırıq və layiqli şəkildə liderliyimizi davam etdiririk.
 
- Favoritlərdən söz düşmüşkən, düşünmürsüz ki, Sumqayıtda məğlub etdiyiniz “Xəzər Lənkəran”la oyun Lənkəranda keçirilsəydi, hər şey fərqli ola bilərdi?
- Onlar belə düşünürlərsə, qoy düşünsünlər. Onları küsdürmək istəmirəm. Amma özləri günahkardılar. Bir dəfə oyunu təxirə salmaq istədilər, sonra Zaqatalada oynamaq istədilər, sonda da Bakıda oynamaq barədə istəklərini bildirdilər. Onlar bizim bu oyuna normal hazırlaşmamağımız üçün əllərindən gələni etdilər. Amma sonda ədalət bərpa olundu.
 
- Lider olmaq çətindi, amma onu qorumaq daha da çətin olur...
- Artıq hamı “Simurq”un liderlər qrupunda olacağına alışmalıdı. Unutmayın ki, biz hələ heç kimə uduzmamışıq. Yaxşı komandamız, məşqçilər korpusumuz var. Mən hələ özümü indiki qədər yaxşı formada hiss etməmişdim. Biz hələ uzun müddət liderlik edəcəyik.
 
- Komanda rəqiblərinin hamısından az qol buraxıb. Bu, sizin xidmətinizdi?
- (gülür) Bütün komandanın əməyinin nəticəsidi.
 
- Avrokuboklara vəsiqə qazanmaq fikriniz yoxdu?
- “Simurq”la avrokuboklara düşmək, orda uğurlu çıxış etmək əla olardı.
 
- Növbəti rəqibiniz “Qarabağ” hazırda heç də ən yaxşı günlərini yaşamır...
- Ciddi rəqibdi, elə buna görə də onlarla oyuna ciddi hazırlaşırıq. Mən bu komandanın “Rəvan”la görüşünü izləmişəm. Özü oynayıb, rəqiblərinə də oynamaq imkanı yaradan komandalarla mübarizə aparmağı sevirəm. Qələbəyə oynayacağıq. Bizi ancaq bu qane edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.