26 sentyabr 2012 16:05
Xəzər Lənkəranla Simurqun cəzası açıqlandı
AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”la “Simurq”u cərimə edib. Azerisport.az xəbər verir ki, buna səbəb bu komandalar arasında sentyabrın 20-də baş tutmuş 3-cü turun təxirə salınmış oyunu olub.
90 dəqiqə ərzində “Xəzər Lənkəran”dan 4, “Simurq”dan 5 futbolçu sarı vərəqə alıb. Hər iki klub 1000 manat cərimələnib.
