26 sentyabr 2012 16:37
Neftçi, Sumqayıt və Turan 500 manat ziyana düşdü
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında ölkə çempionatının 6-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə üç klubu cərimə edib. Belə ki, “Turan”, “Neftçi” və “Sumqayıt” 4 futbolçusu sarı vərəqə aldığından AFFA-nın büdcəsinə 500 manat ödəyəcək.
