26 sentyabr 2012 16:48
Birinci divizion klublarının da cəzası açıqlandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri birinci divizionun 3-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Ağsu” ilə oyunun 65-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan “Şuşa”nın futbolçusu Nicat Tağıyev 1 oyunluq cəzalandırılıb. Klub buna görə 20 manat ödəyəcək.
“Bakılı” isə “Şahdağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat ziyana düşüb.
