26 sentyabr 2012 17:21
Topaz Premyer Liqasının təqvimində növbəti dəyişiklik
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası 7-ci turun bir oyununu təxirə salıb.
Belə ki, “İnter” və “Neftçi” arasındakı Bakı derbisi sentyabrın 28-də baş tutmayacaq. Qarşılaşma dekabrın 25-də keçiriləcək.
Qeyd edək ki, bu matçın təxirə salınmasının mümkünlüyü barədə öncədən də məlumat vermişdik. Sonda PFL klubların istəyini müsbət qarşılayıb.
