26 sentyabr 2012 18:56

“Azərbaycanın ən yaxşı baş məşqçisi bizimlə çalışır”

AZAL-ın hücumçusu Viktor İbekoyi azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının son turundakı “İnter”lə oyundan, eləcə də komandasının cari mövsümkü çıxışından və milliyə dəvət almasından danışıb.
 
“İnter”lə görüşümüzün Sumqayıtda keçirilməsi bizə meydan sahiblərinin malik olduğu üstünlüyü vermirdi. Hesab edirəm ki, bu komandanı öz meydanımızda qəbul etsəydik, 3 xal qazana bilərdik. Amma o da sevindirici məqamdı ki, geridə qalan turlarda hələ məğlub olmamışıq”.

AZAL növbəti turda “Qəbələ” ilə üz-üzə gələcək: “Bu oyuna ciddi və məsuliyyətlə hazırlaşırıq. Biz mövsümə yaxşı başlamışıq. Amma əldə etdiklərimizlə kifayətlənə bilmərik. Məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirmək istəyirik. Qəbələyə də qələbə üçün gedəcəyik”.
 
İbekoyi rəqib komandada baş məşqçi dəyişikliyinin nə dərəcədə düşərli olmasından da danışıb: “Düzdü, onlara yeni baş məşqçi gəlib. Yəqin ki, o, komandanı fərqli çalışdıracaq. Amma heyət demək olar ki, olduğu kimi qalacaq. İstənilən halda biz əsas öz oyunumuzu düşünməliyik, rəqibin durumunu yox”.
 
Syerra Leone yığmasının üzvü “təyyarəçilər”in yeni mövsümdəki uğurunun başlıca sirrinin Vaqif Sadıqov olduğunu deyir: “İndi AZAL daha yaxşı oynamağa başlayıb. Məncə, Azərbaycanın ən yaxşı məşqçisi bizimlədi. Onunla daha yaxşı oynayırıq. O, bizi oyunlara əla kökləyir. Ona görə də qarşımıza qoyulan hədəfə çatacağımıza inanırıq. Bu hədəf ilk növbədə birinci altılığa düşməkdən ibarətdi”.
 
İbekoyi nigeriyalı olsa da, bir müddət əvvəl o, Syerra Leone yığmasına dəvət olunmuşdu. Müsahibəsində Viktor bu məsələyə də münasibətini açıqlayıb: “Düzdü, mən Syerra Leone yığmasının Tunislə matçına dəvət olunmuşdum. Baxmayaraq ki, nigeriyalıyam. Bunda təəccüblü heç nə yoxdu. Futbolda belə şeylər olur. “Bakı”da oynayan İbrahim Karqbo məsləhət gördü ki, vətəndaşlığımı dəyişim və onların yığmasında oynayım. Mən də milli komandada çıxış etmək təklifindən imtina etmədim. Bu, mənim oyunçu karyerama da müsbət təsir göstərə bilər. Artıq bu ölkənin pasportunu da almışam və heç bir problem yoxdu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.