27 sentyabr 2012 02:05
İngiltərə kuboku: Digər iddialılar MC-nin aqibətini yaşamadılar (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa Kubokunda üçüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə də mübarizə bir görüşdən ibarət idi.
Dördüncü mərhələyə vəsiqə uğrunda 32 klub mübarizə aparırdı. Onlar 16 vəsiqənin taleyinə aydınlıq gətiriblər.
İlk oyun günündə 10 görüş baş tutub. Keçirilən oyunlar nəticəsində “Bradford”, “Chelsea”, “Swansea”, “Leeds”, “Aston Villa”, “Sunderland”, “Middlesbrough”, “Southampton”, “Swindon” və “Wigan” mərhələ adlamağın sevincini yaşayıb. Bu mərhələnin ən böyük sürprizi şübhəsiz ki, son İngiltərə çempionu “Manchester City” klubunun evdə “Aston Villa”ya gözlənilməz məğlubiyyəti olub. Eyni zamanda digər elita təmsilçisi “Everton” da mərhələ keçə bilməyib.
Son oyun günündə “Arsenal”, “Tottenham”, “Manchester United”, “Norwich”, “Reading” мэ “Liverpool” da növbəti mərhələyə adlayıb.
İngiltərə Liqa Kuboku
Üçüncü mərhələ
25 sentyabr
Bradford – Burton – 3:2
Chelsea – Wolverhampton – 6:0
Crawley – Swansea – 2:3
Leeds – Everton – 2:1
Manchester City - Aston Villa – 2:4
Milton Keynes Dons – Sunderland – 0:2
Preston North End – Middlesbrough – 1:3
Southampton – Sheffield – 2:0
Swindon – Burnley – 3:1
West Ham – Wigan – 1:4
26 sentyabr
Arsenal - Coventry - 6:1
Carlisle - Tottenham - 0:3
Manchester United - Newcastle - 2:1
Norwich - Doncaster - 1:0
Queens Park - Reading - 2:3
West Bromwich - Liverpool - 1:2
