26 sentyabr 2012 21:35
Cavid Hüseynov Türkiyə kuboku ilə vidalaşdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubu növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Adana klubu Türkiyə Kubokunun ikinci turunda “Çorum Belediyespor”un qonağı olub.
Hesabı 26-cı dəqiqdə “Adana Demirspor”dan Yusuf Kurtuluş (penalti) açıb. 84-cü dəqiqədə hesabı bərabərləşdirən meydan sahibləri əlavə vaxtda – 110-cu dəqiqədə daha bir qol vuraraq mərhələ adlayıblar.
Cavid meydana start heyətində çıxıb. Futbolçumuzu 87-ci dəqiqədə Muhittin Tümbül əvəzləyib.
