26 sentyabr 2012 21:43
Cihan Özkara “fərqləndi”, komandası növbəti mərhələyə adladı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi Türkiyənin “Erciyesspor” klubu növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Kayseri klubu Türkiyə Kubokunun ikinci turunda “Umraniyespor”un qonağı olub.
Hesabı 16-cı dəqiqədə meydan sahibləri açsa da, 31-ci dəqiqədə Emrah Bozkurt “Erciyesspor”un bərabərlik qoluna imza atıb. Ehtiyatda qalan Cihan 73-cü dəqiqədə Emrah Bozkurtun əvəzinə meydana çıxıb.
Əsas vaxtda 3-cü qol vurulmadığından əlavə vaxt elan olunub. 111-ci dəqiqədə fərqlənən Hakan Bahran “Erciyesspor”u növbəti mərhələyə daşıyıb. Cihan Özkara 116-cı dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.
