26 sentyabr 2012 11:25
AFFA yığma komandamızı İspaniyaya göndərir
AFFA futbol üzrə U-21 yığma komandamızı İspaniyaya göndərir. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 5-dən 17-ə qədər İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı isə hələlik açıqlanmayıb.
