26 sentyabr 2012 11:46
Böyükağa Hacıyev: Nə vaxtsa Azərbaycan yığması barədə düşünə bilərəm
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bəyan edib ki, gələcəkdə yığma komandamızın çalışdırmaq haqda düşünə bilər. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda bütün fikirlərim “Neftçi”ylə bağlıdı. Yaxşı komandam var. Hansı ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Ancaq “Neftçi” və qrupdakı rəqiblərimiz haqda düşünürəm. Gələcəkdə “Neftçi”nin prezidenti Sadıq Sadıqov icazə versə, yığma barədə də düşünə bilərəm. Heç vaxt “heç vaxt” sözünü deməzlər. Həm də yığma komandada işləmək böyük şərəfdi”.
