26 sentyabr 2012 00:12

Yığmamızın baş məşqçisi Lənkəran faciəsini şərh etdi

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt ölkəmizdə keçirilən DÇ-2012 çərçivəsində Nigeriya ilə oyunlarından danışıb. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı rekord hesabla uduzduqları (0:11) görüşlə bağlı öncə bunları dilə gətirib:
 
“Həmkarımı qələbə münasibətilə təbrik edirəm. Nigeriya layiqli qələbə qazandı. Çünki onların çox güclü komandası var. Belə nəticəyə görə sevinməyə bilməzlər. Hamı gördü ki, qızlarım sona kimi vuruşdular. Fəxr edirəm ki, onlar ilk hissədəki 0:7 hesablı məğlubiyyətə rəğmən, ikinci hissədə mübarizəni davam etdirməyi bacardılar. Komandamı günahlandırmağa hazırlaşmıram. Bu məğlubiyyətin bir günahkarı var, o da Nigeriya yığmasıdı. Bu komanda çempionluğa layiqdi”.
 
Sissi Rayt bu nəticəyə anlayışla yanaşmağın vacib olduğunu iddia edir: “Mən hələ DÇ-2012 ərəfəsində də demişdim ki, bizim yığmamız mundialın 16 iştirakçısı arasında ən zəifi ola bilər. Bildiyiniz kimi son oyunlarımız Kolumbiya və Nigeriya komandası ilə baş tutdu. Bu ölkələrdə qadın futbolu 20-30 ildi ki, mövcuddu və nəsildən-nəsilə keçərək daha da formalaşıb. Bizdə də bu cür nəsil ənənəsinin yaranması üçün bir qədər zamana ehtiyacımız var. Nigeriya və Kolumbiya birdən-birə belə oynamağa başlamayıblar. Təbii ki, biz də inkişaf edəcəyik. Biz bu oyunları iki il öncə keçirsəydik, hər şey daha pis nəticələnə bilərdi”.
 
Yığmamızın çalışdırıcısı 0:11 hesablı yenilginin onlar üçün çox üzücü olduğunu dilə gətirib: “Əlbəttə, çox üzücü məğlubiyyətdi. Amma turnir hələ başa çatmayıb. Bizi Kanada ilə də oyun gözləyir. Həmin oyuna hazırlaşacağıq. DÇ-2012-ni layiqli şəkildə bitirmək istəyirik. Bu turnir bizim üçün böyük təcrübə olacaq. Xüsusilə də 15 yaşlı Nigar Cəlilli üçün. Həm ona, həm də oyundaşlarına daha çox oyun keçirmək, təcrübə qazanmaq lazımdı”.
 
Almaniyalı mütəxəssis hər şeyə rəğmən onları dəstəkləyən, matçın gedişində hətta buraxılan qollara etirazını dilə gətirən lənkəranlı azarkeşlərə də təşəkkürünü bildirib: “Lənkəran tribunalarına bizə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Azarkeşlərin dəstəyinə heç bir kölgə salmaq istəməzdim. Lakin buraxdığımız səkkizinci qoldan sonra onlar elə sevinirdilər ki, sanki biz fərqlənirik. Hətta “Nigeriya, Nigeriya” da qışqırırdılar. Bu, mənim xoşuma gəlmədi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.