27 sentyabr 2012 01:39
Neftçinin rəqibi Chievo üzərində qələbə qazandı (VİDEO, YENİLƏNİB)
Bu gün futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Milan “İnter”i bu tur səfərdə “Chievo” ilə üz-üzə gəlib.
Bu oyun öncəsi “İnter” keçirdiyi 4 oyundan topladığı 6 xalla 7-ci pillədə qərarlaşmışdı. “Chievo” isə cəmi 3 xal toplaya bilmişdi və 16-cı idi. Gözlənildiyi kimi, "neradzurra" autsayderlə görüşdə sürprizə imkan verməyib və 2 cavabsız qolla qələbə qazanıb. Rəqib qapısından ilk qolu 43-cü dəqiqədə Pereyra keçirib. 74-cü dəqiqədə isə Kassano matçda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra "İnter" 9 xalla dördüncü pilləyə yüksəlib.
Qeyd edək ki, Milan “İnter”i Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Bu komandalar oktyabrın 4-də Bakıda üz-üzə gələcəklər.
