26 sentyabr 2012 00:33
Milan İnterinin baş məşqçisi: Qarşıdakı oyunlarda uduzmaq istəmirik
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni komandasının son dövrlərdəki uğursuz çıxışını şərh edib. Azerisport.az xəbər verir ki, o bu gün “Chievo”ya qarşı keçirəcəkləri çempionat oyunu öncəsi keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Rəqiblərimizə var olduğumuzu göstərməliyik. Bunu istəyiriksə, “Chievo” ilə oyunda sözümüzü deməliyik. Bu, çox önəmli bir matçdı. Önümüzdəki əngəlləri kənara qoymağın, özümüzə gəlməyin zamanıdı. Biz vəziyyətdən çıxış yolu tapmaq üçün sehirli çubuq arzulaya bilmərik. Mənim kitabımda uğur qazanmağın tək yolu çalışmaq və yorulmaqdı. Artıq qarşıdakı oyunlarda uduzmaq istəmirik”.
Qeyd edək ki, Milan “İnter”i Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Bu komandalar oktyabrın 4-də Bakıda üz-üzə gələcəklər.
Qeyd edək ki, Milan “İnter”i Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Bu komandalar oktyabrın 4-də Bakıda üz-üzə gələcəklər.
