26 sentyabr 2012 12:34

Böyükağa Hacıyev: Neftçi Milan İnterini Bakıda məğlub edə bilər

Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının son turundakı “Sumqayıt”a məğlubiyyətdən, eləcə də Avropa Liqasında və çempionatda qarşılaşacaqları Milan və Bakı “İnter”ləri ilə görüşlərdən danışıb.

- “Sumqayıt”a məğlubiyyətinizə nə səbəb oldu?
- Komanda rəqibi qiymətləndirmədi və arxayın oynadı. Mən hələ “Partizan”la oyun öncəsi də demişdim ki, biz Belqradda uduzmayacağıq, amma “Sumqayıt”la görüşdə hər şey fərqli ola bilər. Hələ o vaxtdan futbolçularımın belə arxayınlığa yol verəcəyindən qorxum var idi. Motivasiya yox idi. Mümkündü ki, bəzi futbolçular Belqraddakı heç-heçədən sonra bəzi futbolçular eyforiyada idilər. Oyundan sonra toplantı keçirdik, matçı analiz etdik. Məşqçilər korpusu məğlubiyyətə görə hesabat verdi.
 
- Bu məğlubiyyətdə kim günahkardı?
- Mən həmişə futbolçuları günahlandıran məşqçilərdən deyiləm. Bütün məsuliyyəti üzərimə götürürəm. Əgər komandam uduzursa, günahkar mənəm. Deməli, futbolçuları düzgün motivasiya edə bilməmişəm. İclasda bəzi futbolçulara son xəbərdarlıq olundu. Əgər belə səhvlər yenə təkrarlansa, onlar qışda komandadan uzaqlaşdırılacaqlar.
 
- Mətbuat konfransında siz Rəşad Sadiqovdan narazılığınızı dilə gətirdiniz...
- O, komandanın ən təcrübəli futbolçularından biridi. Bizim uğurlarımızda böyük pay sahibidi. Amma son matçlarda lazım olan oyunu göstərmir. Mən ondan nə Belqradda, nə də Sumqayıtda istədiyimi oyunu, əvvəlki Rəşadı görə bildim. Nə problemi var bilmirəm. Amma onun əvvəlki formasını bərpa etməsi lazımdı.
 
- AZAL-la “Simurq”un hazırda birinci pillədə qərarlaşması sizi təəccübləndirmir?
- Xeyr. Amma indi onlar üçün daha çətin olacaq. Zirvədə qalmaq asan olmur. Lider olmaq çətindi, amma orda qalmaq ondan da çətindi. Biz də Azərbaycan çempionatını unutmuruq.
 
- “İnrer”lə oyuna hazırlıq necə gedir?
- Bu oyun baş tutmaya bilər. “İnter” matçın təxirə salınması xahişi ilə bizə müraciət edib. “Neftçi” də bunun əleyhinə deyil. Son söz isə PFL-indi. Əgər bu oyun təxirə salınsa, onda indidən Milan “İnter”i ilə görüşə hazırlaşacağıq. İtalyanlarla oyun komandam və mənim üçün çox vacibdi. “İnter”lə oyun bizim üçün çox şeyi dəyişə bilər.

- Son turda bu komanda da evdə autsayderlər qrupunda qərarlaşan “Siena”ya uduzdu...
- “Neftçi” də son oyununda uduzub. İstənilən halda “İnter” sıradan komanda deyil. Onlar Çempionlar Liqasının qalibi olublar, avrokuboklarda böyük təcrübəyə malikdilər. Bu, həmin “İnter”di ki, hər mövsüm “Chelsea”, “Manchester United”, “Bayern”, “Barcelona” kimi komandalarla qarşılaşır. Əgər bu komandaya qarşı uğurlu oyun keçirə bilsək, bütün dünya bizim futbolçularla, məşqçilərlə maraqlanacaq.
 
- Özünüzü nəzərdə tutursuz? Deyəsən, ölkə xaricində çalışmaq fikrindəsiz...
- Niyə də olmasın? Mən müqavilə ilə “Neftçi”yə bağlıyam, fəxr edirəm ki, belə bir komandaya rəhbərlik edirəm. Hansı ki, Avropa Liqasında çıxış edir. Amma gələcəkdə özümü ölkə xaricində də yoxlamaq istəyirəm.
 
- Bəs Azərbaycan millisini çalışdırmaq fikriniz yoxdu?
- Yenə deyirəm ki, hazırda bütün fikirlərim “Neftçi”yə yönəlib. Amma gələcəkdə hər şey mümkündü. Hər bir məşqçi istər ki, yığma komandanı çalışdırsın.
 
- Artıq Milan “İnter”inin oyunlarını izləmisiz?
- Məndə onların altı oyununun videoyazısı var. Artıq analiz aparmağa başlamışam.
 
- Bu komanda ilə ev oyununda hədəfiniz nədən ibarət olacaq?
- Ancaq qələbə. “Neftçi” belə bir rəqiblə oyunda öz futbolunu göstərə bilər. Bu, bütün futbolçularımız üçün vacib oyundu. Azarkeşlərimizin də dəstəyi sayəsində biz “İnter”i keçəcəyik. Hər bir komanda kimi, onların da zəif cəhətləri var.
 
- “Neftçi”nin qrupdan çıxmaq şansları barədə nə deyə bilərsiz?
- Çox şey “İnter”lə oyundan asılıdı. Mən artıq demişəm ki, biz Belqradda iki xal itirdik. Amma qrupun digər oyunu da sülhlə bitmişdi. Bizim isə qarşıda 3 ev oyunumuz var. Bu, tarixi uğura imza atmaq üçün əla imkandı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.