26 sentyabr 2012 00:48
İnter – Neftçi oyunu da təxirə salına bilər
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında daha bir oyun təxirə salına bilər. Azerisport.az xəbər verir ki, son çempion “Neftçi”nin “İnter”lə görüşünün təxirə salınması gündəmdədi.
Məlum olduğu kimi, bu qarşılaşma sentyabrın 28-də Sumqayıtda keçirilməlidi. Lakin “bankirlər” görüşün bu şəhərdə keçirilməsini istəmir. Onlar bu məqsədlə Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşırlar. Yekun qərar tezliklə açıqlanmalıdı.
