27 sentyabr 2012 13:25
Rusiya - Azərbaycan matçı tanış hakimə tapşırıldı (FOTO)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçına təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmanı makedoniyalı hakimlər idarə edəcəklər.
Hələlik isə yalnız oyunun baş hakiminin adı bəllidi. Belə ki, Rusiya – Azərbaycan matçını Aleksandr Stavrev idarə edəcək.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da Moskvada, “Lujniki” stadionunda keçiriləcək.
Sonda onu da bildirək ki, Stavrev yığmamız üçün tanış hakimdi. O, hələ 2008-ci ildə "Millenium" stadionunda keçirilən Uelslə səfər oyunumuzu (DÇ-2010-un seçmə mərhələ oyunu) idarə edib və komandamızın 0:1 hesablı yenilgisinin şahidi olub. Bu oyunda Stavrev yığmamızın üzvlərinə 6 sarı, 1 qırmızı vərəqə göstərmişdi.
2010-cu ildə isə o, Monteneqro ilə yığmamızın yoldaşlıq matçında fit çalıb. Hansı ki, həmin görüşdə də yığmamız 0:2 hesabıyla uduzub.
