27 sentyabr 2012 13:57
Ufuk Budaq Rusiyaya qarşı oynaya bilməyəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyunda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, komandamızın İsrail və Portuqaliya oyunları zamanı təşkil olunan təlim-məşq toplanışında zədələnən Türkiyənin “Eskişehirspor” klubunun üzvü hələ də sağalmayıb.
Hazırdaa Ufuk müalicəsini davam etdirir. Onun təxminən bir ay sonra məşqlərə başlaması proqnozlaşdırılır.
Azərbaycanın Rusiya ilə oyunu isə oktyabrın 16-da Moskvada, “Lujniki” stadionunda keçiriləcək.
