27 sentyabr 2012 14:34

Eldar Mansurov: Neftçinin qrupda birinci yeri tutmasını istərdim, amma...

Azərbaycanın görkəmli bəstəkarı, məşhur tarzən azerisport.az saytına müsahibəsində “Neftçi”dən, eləcə də 17 yaşadək qızlar arasında Azərbayanda keçirilən dünya çempionatına həsr olunan mahnısından danışıb.

- Azərbaycanda keçirilən DÇ-2012-yə mahnı həsr etməmisiz?
- Belə mahnıları adətən sifariş edirlər. Amma mən bütövlükdə karyeram ərzində xeyli idman mahnıları yazmışam. Məsələn, Gimnastika, Otüstü Hokkey, Cüdo Federasiyalarının, “Azərreyl” voleybol klubunun, “Neftçi” və “Rəvan”ın himnlərini. Hətta İqor Ponomaryovla İsgəndər Cavadova həsr olunan mahnılarım da var. Milli Olimpiya Komitəsinin himnini də mən yazmışam. Sonuncu mahnım isə mundial üçün yazılıb.
 
- Bu mundiala həsr olunmuş və Aygün Kazımova tərəfindən ifa olunan mahnı da var...
- Təəssüf ki, məndə belə bir informasiya yoxdu. Eşitmədiyim mahnını isə dəyərləndirə bilmərəm. Mənə mahnı tapşırdılar, çalışdım ki, o, yaxşı olsun. Mən özüm də futbol azarkeşiyəm. Belə böyük turnir üçün mahnı yazmaq mənim üçün o qədər də çətin olmadı.
 
- Azərbaycan çempionatı üçün də mahnı yazmaq barədə düşünməmisiz?
- Şübhəsiz ki, düşünmüşəm. Qoy təklif olunsun. Mən futbolu sevirəm və ölkə çempionatı üçün mahnı yaza bilərəm. Topaz Premyer Liqasını populyarlaşdırmaq lazımdı. Bu mənada mahnı da mühüm rol oynaya bilər.
 
- Maraqlıdı, çempionatda hansı komandaya azarkeşlik edirsiz?
- Mən uşaqlıqdan “Neftçi”nin azarkeşiyəm. Bu klubun hər bir uğuru məni çox sevindirir. Həmçinin “Barcelona”ya da azarkeşlik edirəm. Bu komanda son dövrlər çox möhtəşəm oyun sərgiləyir. Demək olar ki, bütün mümkün titulları qazanıblar. Onların hər oyunda səslənən himnlərini də eşitmişəm. Çox istərdim ki, Azərbaycan futbolunda da elə olsun.

- Bizim klubların da himnləri var, amma azarkeşlər arasında o qədər də populyar deyillər. Sizcə, buna səbəb nədi?
- “Barcelona”nın və ya Madrid “Real”ının himnləri çox gözəldi. Hər dəfə onlar qələbə qazandıqda, oyundan sonra bu himnlər azarkeşlər tərəfindən oxunur. Bizdə əsas səbəb futbolun səviyyəsinin aşağı olmasıdı. Futbolumuzun səviyyəsi düzəlsə, azarkeşlər də hər bir məqama, eləcə də klublarının himnlərinə xüsusi diqqət yetirəcəklər. İndi isə bəlkə də azarkeşlərimiz “Barcelona”nın himnini daha yaxşı bilirlər, nəinki öz klublarının.
 
- “Neftçi” azarkeşi kimi bu komandadan Avroliqada nə gözləyirsiz?
- Əlbəttə, “Neftçi”nin də pley-offa çıxmasını istəyirəm. Amma realist olmaq lazımdı. Qrupdakı rəqiblər çox güclüdülər. Milan “İnter” aşkar favoritdi. Kaza “Rubin”i kaprizli komandadı. Amma “Partizan”la görüş göstərdi ki, bu komanda ilə oynamaq olar. Komandamızın ilk iki yer üçün mübarizə aparacağını proqnozlaşdırmaq çətindi. Fikrimcə, “Neftçi” qrup mərhələsinə çıxmaqla artıq bütün azarkeşlərimizi sevindirməyi bacarıb. Bu, tarixi bir uğurdu. Qrupda da birinci yeri tutmağımızı çox istərdim. Amma təkrar edirəm ki, bunu etmək çox çətin olacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.