27 sentyabr 2012 14:56
Françesko Tottidən yeni rekord
İtaliyanın “Roma” klubunun vuran ayağı Françesko Totti yeni bir rekorda imza atıb. Azerisport.az xəbər verir ki, dünən A Seriyasının növbəti turu çərçivəsində keçirilən “Sampdoria” ilə qarşılaşmanın 35-ci dəqiqəsində komandasını hesabda önə çıxaran Totti A seriyasında 216-cı qoluna imza atıb.
Bununla da o, A seriyasının ən çox qol vuran futbolçuları siyahısında 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, İtaliyada ən çox qol vuran futbolçu Silvio Pioladı. A seriyasında 537 dəfə meydana çıxan futbolçu 274 dəfə rəqibini məyus etməyi bacarıb. Piola 1996-cı ildə vəfat edib. İkinci yerdə isə Qunnar Nordal gedir. O, 1948-58-ci illər aralığında İtaliya çempionatında 291 oyuna 225 qol vurub. İndi Totti daha çox məhz Nordalın rekordunu yeniləməyə yaxındı.
