27 sentyabr 2012 15:03
Kvaratsxeliya Qəbələnin məşqçisi təyin olundu
“Qəbələ”nin köhnə-yeni baş məşqçisi Ramiz Məmmədovun köməkçiləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, iki illik fasilədən sonra bölgə klubuna dönən Məmmədova əsasən yerli məşqçilər kömək edəcək.
Baş məşqçi Fatih Kavlakın dövründə məşqçilər korpusunda çalışan Vüqar Məmmədov və Sənan Qurbanovu komandada saxlayıb. İbrahim Bakırla vidalaşan Məmmədov çoxdan tanıdığı və birgə işlədiyi Mehman Baxışovu da yanına aparıb.
Onlarla yanaşı “Qəbələ”nin məşqçilər korpusunda yeni mütəxəssis də çalışacaq. Bu, azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Badri Kvaratsxeliyadı. Belə ki, Ramiz Məmmədov “Şəmkir”in sabiq forvardını özünə əsas köməkçi götürüb.
