27 sentyabr 2012 15:25
Foqts Rusiya ilə oyuna yeni futbolçu çağıracaq (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyuna yeni futbolçu dəvət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu, Moldovanın “Milsami” klubunun şərəfini qoruyan Elhad Nəziridi.
Qeyd edək ki, Elhad 1992-ci ildə, dekabrın 29-da Azərbaycanda anadan olub. O, vaxtilə “Qarabağ” və “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandalarında top qovub.
20 yaşlı futbolçunun “Milsami”də əsas heyət üzvü olmadığını da qeyd edək.
