27 sentyabr 2012 15:32
Anar Salmanov DÇ-2014-ün seçmə mərhələ oyununda!
Azərbaycanlı FİFA referisi Anar Salmanova növbəti mühüm təyinat gəlib. Azerisport.az xəbər verir ki, o, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oyun idarə edəcək.
UEFA 32 yaşlı azərbaycanlı referini B qrupunun oyununa təyin edib. Belə ki, Salmanov Çexiya – Malta oyununu idarə edəcək.
Qarşılaşma oktyabrın 12-də Çexiyada keçiriləcək. Referinin köməkçiləri yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Çexiya qrupda bir oyun keçirib və səfərdə Danimarka ilə sülh bağlayıb. Malta isə evdə Ermənistana, səfərdə İtaliyaya uduzub.
