27 sentyabr 2012 16:03

“Neftçinin Avroliqada qrup mərhələsinə çıxması çempionatın tərəqqisindən xəbər verir”

“İnter”in gürcüstanlı müdafiəçisi Valeri Abramidze müsahibəsində AZAL ilə oyundan danışıb, “Neftçi” ilə matçın başqa günə dəyişdirilməsinə münasibətini açıqlayıb və “Rəvan”la keçiriləcək matç barədə fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- AZAL ilə baş tutmuş oyun barədə nə deyə bilərdiniz?
- Deyim ki, hava şəraiti və ot örtüyünün vəziyyəti hər iki komandaya öz oyununu nümayiş etdirməyə imkan vermədi. Hesab edirəm ki, ümumilikdə nəticə qanunauyğundu. Bəli, ikinci hissədə biz yaxşı oynadıq. Ancaq bununla belə, qol vura bilmədik. Biz AZAL-ın əks-hücumlarda oynamaq bacarığından məlumatımız vardı və düşünürəm ki, rəqibin hücum potensialını neytrallaşdırmaq bizə müyəssər oldu.
 
- Hazırda komanda “Neftçi” ilə oyuna hazırlaşırdı, lakin matçı başqa günə keçirdilər...
- Bəli, biz “Neftçi” ilə qarşılaşmaya hazırlaşırdıq, ancaq oyunu başqa tarixə keçirdilər. Bu, bir tərəfdən yaxşıdı. Axı oradakı meydançada öz oyununu nümayiş etdirmək çətindi.
 
- “İnter” üçün doğma “Şəfa” stadionunda artıq yenidənqurma işləri başa çatdı. Yenilənmiş stadion necə təsir bağışlayır?
- Stadion yaxşı mənada dəyişib. İndiki görünüşü mənə çox xoş təsir bağışlayır. Yenidənqurma işləri stadionun ancaq xeyrinə olub.
 
- Bu il Premyer Liqada rəqabət hissediləcək dərəcədə güclənib. Hər bir komanda digər komandanı məğlub etmək iqtidarındadır. Yəqin bu fikirlə razılaşırsınız...
- Çempionatda oynamaq həmişə çətindir. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə çıxması çempionatın tərəqqisindən xəbər verir. Buraya səviyyəli legionerlər gəlməyə başlayıblar, bir çox yaxşı futbolçular burada oynamaq istərdilər.
 
- “İnter”in növbəti rəqibi “Rəvan” komandası olacaq. Bu komanda barədə nə deyə bilərdiniz? Və “İnter” bu qarşılaşmada nəyə arxalana bilər?
- Biz həmişə meydana yalnız qələbə üçün çıxırıq. Və bu planda “Rəvan”la matç da istisna deyil. Lakin bu komandaya haqq qazandırmaq lazımdır, onlar çox keyfiyyətli futbol oynayırlar. Bu komanda özünü incitməyə imkan vermir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.