27 sentyabr 2012 15:38
Neftçi Milan İnteri ilə matçın biletlərini satışa çıxarır
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi"nin İtaliyanın "İnter" komandası ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, bu barədə "Neftçi" PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Oyunu izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzində yerləşən satış nöqtələrindən əldə edə bilərlər.
Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması oktyabrın 4-də baş tutacaq. (Trend)
