27 sentyabr 2012 16:15
Sumqayıta Bakı ilə oyun öncəsi şad xəbər
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" Futbol Klubu "Bakı" ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Aftandil Hacıyev bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub.
Murad Doymuş, Taner Taktak və əvəzedici komandadan cəlb olunmuş İsmayıl Qəhrəmanov isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
