27 sentyabr 2012 17:37
Xəzər Lənkəran Tovuza yola düşdü
"Xəzər Lənkəran" bu gün Respublika Dövlət Yol Polisinin meydançasında səhər məşqini keçirərək günorta naharından sonra Bakını tərk edib. Azerisport.az xəbər verir ki, komanda axşam saatlarında artıq Tovuza çatacaq.
Sentyabrın 29-da Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Turan"la qarşılaşacaq "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdu.
Görüş şənbə günü saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
