27 sentyabr 2012 17:56

Bakıda Sammer “tufan”ı

ABŞ-ın Bakıda Qambiya üzərində mühüm qələbəsinin ardından Sammer Qrin sevincini gizlədə bilmirdi. Komandasının növbəti mərhələyə bir addım da yaxınlaşmasından əlavə, o, iki qol vurmaqla komandasının 6-0 hesablı qələbəsində mühüm rol oynamışdır.
 
 "Mən bu nəticəyə görə çox sevinirəm, lakin qeyd etməliyəm ki, komanda yoldaşlarım olmasaydı mən indi bu uğurları əldə edə bilməzdim", deyə hücumçu FIFA.com saytına verdiyi eksklüziv müsahibəsində qeyd edir. "Məni topla təmin edən onlardır. Sadəcə mən deyil, hamının bu nəticədə öz əməyi vardır".
 
Qrin qol vurmaq bacarığını CONCACAF üzrə qadınlararası U-17 turnirində artıq nümayiş etdirmişdir. O, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təsnifat mərhələsində vurduğu qolların sayını bir dəfə artırıb, turnirdə 12 qol vurmaqla bu turnir boyu nə vaxtsa onlarla qol vurmuş ilk oyunçu kimi rekord təyin etmişdir.
 
"Ölümcül" kombinasiya
 
"Mən bəlkə bir az çılğın, ünsiyyətcil, bir az da yaradıcı zehnə malik olduğumu düşünməyi xöşlayıram", deyə 17 yaşlı hücumçu öz müsbət keyfiyyətləri barədə danışarkən bildirir". Mən meydanda oyun qurmağı xoşlayıram. Sadəcə topla deyil, topsuz da hərəkət etməyə çalışıram", deyə Ebi Vambakın və Lionel Messinin onun kumirləri olduğunu söyləyən Qrin qeyd edir.
 
"Mən hava mübarizələrində Ebi kimi yaxşı oynamaq istərdim. O, hava mübarizələrində inanılmazdır. Onun meydanda olması hamıya stimul verir. Bax mən də onun kimi olmaq istəyirəm. Lionel Messiyə gəldikdə isə, o, inanılmaz dərəcədə fəndgirdir . Bu da yiyələnmək istədiyim digər xüsusiyyətdir".
 
 Şənbə günü B qrupunun son oyununda ABŞ Koreya XDR ilə qarşılaşacaq. Komandaların hər birinin hazırda 4 xalı var, lakin Asiyalılar vurduqları qol sayına görə qrupda birincidirlər. Qrin qarşılaşmanın ağır keçəcəyindən yaxşı xəbərdar olsa da, o, komandasının qabiliyyətindən əmindir.
 
Birlik əsas amildir
 
"Biz meydana daxil olub doğurdan da bunun öhdəsindən gələ bilcəyimizə inansaq, o halda her şey alınacaq. Məşqçilər bizi bu oyuna və bütün turnirə hazırlayıblar. Nə qədər ki biz bu tərzdə oynayırıq, biz həmişə nəticə əldə edəcəyik", deyə hücumçu qeyd edir.
 
Qrin uğur qazanmaq üçün komanda daxilində birlik hissinin əsas faktor olduğunu düşünür. Fransaya qarşı oyunda ABŞ komanda oyunundan daha çox fərdi oyun sərgiləyirdi. Qambiya ilə oyunda isə fiziki formalarını bərpa edərək onlar bir daha komanda şəklində oyun sərgilədilər. Qrupun final oyunu öncəsi son olaraq məşq bazasında abu-hava müsbətdir.
 
"Hamı həyəcanlı və bir az səbirsizdir. Biz elə indicə meydana çıxıb oyuna başlamaq istəyirik. İndiyə kimi yaşadığımız turnir həyəcanı sözlə izah edilməzdir və mən hər şeyin belə davam edəcəyinə ümid edirəm. Mən bacardığım qədər yaxşı oynayacam və komandamın uğur qazanmasına kömək edəcəm".
 
(FIFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.