27 sentyabr 2012 18:03
Futbolçu hakimdən vurduğu qolu saymamağı xahiş etdi (VİDEO)
“Lazio”nun forvardı Miroslav Kloze bütün futbolçular üçün örnək olacaq hərəkət edib. Azerisport.az xəbər verir ki, alman futbolçu öz səhvini hakimə özü deyib.
Belə ki, ötən axşam “Lazio” səfərdə “Napoli”nin qonağı olub. “Lazio”nun künc zərbəsindən sonra Klozenin vurduğu qol aranı qarışdırıb. “Napoli” futbolçuları qolun ləğv olunmasını tələb edib. Bu zaman hakimə yaxınlaşan alman futbolçu qolu həqiqətən əllə vurduğunu etiraf edib.
Bu etirafdan sonra matçın baş hakimi Luka Banti qolu ləğv edib. “Napoli” futbolçuları isə buna görə Klozeyə təşəkkürlərini bildiriblər. Meydan sahiblərinin ulduzu Paolo Kannavaro matçdan sonra Klozenin örnək bir davranış sərgilədiyini və “Fair Play” mükafatına layiq olduğunu deyib. Oyun isə “Napoli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
