27 sentyabr 2012 21:43
İnter Neftçini darmadağın etdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 7-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, tur bu gün keçirilən "İnter" - "Neftçi" qarşılaşması ilə başlayıb.
Görüş kifayət qədər məhsuldar və maraqlı alınıb. “Bankirlər” son çempion üzərində darmadağına seviniblər.
Qeyd edək ki, turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
Əvəzedicilərin çempionatı
7-ci tur
27 sentyabr (cümə axşamı)
İnter – Neftçi – 4:1
Qollar: Coşqun Diniyev, 28, Samir Zərgərov, 33; 90+1, Azər Salahlı, 45+1 - Xəyal Quliyev, 31-pen.
Hakimlər: Diniyev Ramil, Əsədov Ramiz, Musatkin Aleksandr, Paşayev Ömər .
Zabrat qəsəbə stadionu.
