28 sentyabr 2012 00:10
“Azərbaycan millisinə qarşı oynamaq heç vaxt asan deyil”
“Vancuver Vaytkeps” klubunun hücumçusu Kaleb Klarkın kiçik bacısı üçün onun komandası ilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə yollanmamışdan əvvəl sadə bir məsləhəti var idi: "Həmişəki kimi özün bildiyin kimi oyna".
Çərşənbə axşamı Kanadanın Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdiyi oyunda onun sərgilədiyi performansı qiymətləndirdikdə Klarkın yaşca böyük qardaşının məsləhətinə qulaq asdığı məlum olur. Sərgilədiyi virtuoz performansının ardından kanadalıların sevimli 4 nömrəsi oyuna və turnirə dair ümidləri və eləcə də özünün futbol kumirləri barədə FIFA.com saytına müsahibə verib.
"Nişel (Prins) mükəmməl hava ötürməsi etdi və məndə sadəcə olaraq topu qapı xəttindən keçirdim. Bu qolun bizim üçün əhəmiyyəti çox böyük idi, çünki bizim üç xala çox ehtiyacımız var idi. Bu qol komandaya rüh-yüksəkliyi verdi və növbəti oyunlar üçün özümüzə inam yaratdı".
Çərşənbə axşamı qazanılan qələbə kanadalıların xalını dördə çatdırdı və son səkkizliyə düşmək üçün onların yerlərini demək olar ki, təmin etmiş oldu. Son səkkizliyə vəsiqəni tam təmin etmək üçün onlar qrupun son oyununda növbəti mərhələyə çıxmaq üçün artıq heç bir şansı olmayan Azərbaycana qalib gəlməli olacaqlar.
"Turnirin ev sahibinə qarşı oynamaq heç vaxt asan deyil, çünki stadionda onları dəstəkləyən xeyli azarkeşlərin olacağını bilirsiz. Bununla belə, zənimcə biz özümüzə və bacarığımıza inanmalıyıq. Biz topa sahib olmalı və qol vurmalıyıq".
Komandasının növbəti mərhələyə çıxmaq üçün yaxşı şanslarının olmasından əlavə, gənc hücumçu ən azı yarımfinala qədər irəliləyəcəklərini qeyd edir. "Turniri qazanmaq təbii ki, çox əla olardı, lakin əgər biz bunu bacarmasaq belə, turniri ilk üçlükdə də başa vurmaq çox yaxşı olardı".
Qardaşı kimi Sammer də həmişə peşəkar futbolçu olmaq arzusunda olub və o da Kanadanın qadın futbolunun şəksiz ulduzu Kristian Sinklerin azarkeşidi: "Zənimcə, o, yüzlərlə xanım qızların kumiridi. Onun bacarıqlarından birini seçməli olsaydım, mən də onun kimi hava toplarında yaxşı oynamaq istərdim. Mən Olimpiyadada onun ABŞ-a vurduğu qolu xatırlayıram".
CONCACAF üzrə təsnifat turnirində qol vurmaq bacarığını sübut etməsinə baxmayaraq, Klark komandanın liderlərindən biri olduğunu düşünmür. O, sadəcə futbol oynamaqdan və xüsusilə, “Barcelona” klubunun oyunundan, eləcə də futbolu seyr etməkdən həzz aldığını qeyd edir: "Zənimcə hamı onların oyununu izləməkdən zövq alır. Onların meydanda topu bir-birlərinə ötürmələri inanılmazdı və şübhəsiz ki, Messi dünyanın ən yaxşı futbolçusudu. Mən Kristiano Ronaldonun azarkeşi deyiləm. Mən Messini üstün tuturam".
Heyranı olduğu argentinalı ulduz onun, təbii ki qardaşından sonra, sevimli oyunçusuna olan sevgisi ilə müqayisədə arxa planda qalır. "Bu Robin Van Persidir," deyə Arsenallı azarkeş qeyd edir. "O, çox yaxşı oynayır. Bununla belə, mən onun digər kluba keçidini xoşlamadım, çünki mən Mançester Yunaytedə azarkeşlik edə bilmərəm, lakin yenə də o qol vurduqda onun üçün çox sevinirəm. O, orada çox yaxşı çıxış edir".
Şənbə günü kanadalıların Azərbaycana qarşı oyununda Klarkın Sinkleri və ya onun hollandiyalı kumirini təcəssüm etdirə biləcəyini zaman göstərəcək. Lakin performansından asılı olmayaraq, gülümsəyən hücumçu ilk öncə komandasını düşünəcək: "Turniri qazanmağımız mənim oyunu qolsuz başa vurmağımdan asılı olsaydı, mən bunu məmnuniyyətlə qəbul edərdim".
